Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Bir çox Avropa nəhəngi “Liverpul”un müdafiəçisi İbrahima Konateni transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, Çelsi” və “Barselona” 25 yaşlı fransız futbolçunun transferi ilə bağlı “Liverpul”a təklif göndərib. Mersisaydlılar hələ Konate ilə yeni müqavilə barədə razılığa gəlməyib.
İddialara görə PSJ və Madrid “Real”ı da futbolçunun vəziyyətini yaxından izləyir.
Konate bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Müdafiəçinin “Liverpul”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” futbolçunun dəyərini 50 milyon avro qiymətləndirib.