Avropa ölkələri ABŞ dən Ukrayna üçün zəmanət tələb edir

18.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Avropa liderləri Parisdə Ukrayna məsələsini müzakirə etdilər

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə Avropa liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə təhlükəsizlik sammiti keçirilib.

Sammitdə Avropa dövlətləri Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacibliyini vurğulayıb. NATO-nun Baş katibi Mark Rutte Avropanın bu prosesə rəhbərlik etməyə hazır olduğunu bildirib. Britaniyanın Baş naziri Keir Starmer də Avropanın öz müdafiəsinə daha çox sərmayə qoymalı olduğunu qeyd edib.

Sammitdə Ukraynaya sülhməramlı qüvvə göndərilməsi məsələsi də gündəmə gəlib. Britaniya bu ideyanı dəstəkləsə də, Almaniya, İspaniya və Polşa nümayəndələri bunun üçün hələ tez olduğunu bildiriblər. Almaniya Kansleri Olaf Şolts NATO daxilində təhlükəsizlik məsuliyyətinin bölüşdürülməsinin vacibliyini vurğulayıb.

Avropa İttifaqı rəhbərliyi Ukraynanın sülh masasına güclü mövqedə oturmalı olduğunu bildirib. 

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью