Avropa ölkələri İrana kömək edəcəklər

24.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının ləğvi məsələsində ABŞ-yə təsir göstərməyə söz veriblər.

Milli.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Xəbər-e Online"a müsahibəsində bildirib.

"Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı əsasında eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər", - deyə o bildirib. /"Report"

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью