Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluğunu artırır | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiya ilə bağlı mövqeyini dəyişmir.
O, bəyan edib ki, Danimarkanın etirazlarına baxmayaraq, ABŞ Qrenlandiyanı əldə etmək niyyətinə sadiqdir.
Ağ Evdə isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə dövlət katibi Marko Rubionun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtlə görüşü keçirilib.
ABŞ-ın adanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən 1 saat çəkib.
“ABŞ-ı inandıra bilmədik” ABŞ-da görüşlər keçirən Danimarka və Qrenlandiya XİN başçıları Trampın adaya ABŞ-ın nəzarət etməsi ilə bağlı fikri ilə razılaşmadıqlarını, lakin ortaq məxrəcə gəlməyə hazır olduqlarını bildiriblər.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen deyib ki, Qrenlandiya ətrafındakı hazırda mövcud vəziyyətə baxışlar fərqli olsa da, tərəflər uzunmüddətli perspektivdə ortaq narahatlıqlara malikdir.
Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi ilə bağlı fundamental fikir ayrılığına baxmayaraq, ABŞ ilə dialoqu davam etdirəcəklər.
Tam oxu
Xəbəri oxu