Avropa ölkələri Ukrayna üçün pulqabılarını açmalıdır Nazir

16.07.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Avropanın NATO-ya üzv ölkələri pulqabılarını açmalı və Ukraynaya Amerika silahları almaq üçün tez pul yığmalıdırlar. Bu, ilk növbədə, hava hücumundan müdafiə sistemlərinə aiddir.

Axar.az xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius deyib.

Onun fikrincə, ABŞ-ın Ukrayna ilə bağlı siyasətindəki dəyişikliyin “yaxşılığa dönüş” olub-olmaması hələ də aydınlaşdırılmalıdır, lakin artıq ünsiyyət tonu dəyişib.

Pistorius həmçinin qeyd edib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset ilə görüş zamanı Amerikanın mümkün silah təchizatının bütün spektri müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью