Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Parisdə Ukrayna və "Könüllülər koalisiyası"na daxil olan ölkələrin liderlərinin görüşü keçi
Yelisey sarayında baş tutan sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri
Digər dövlət başçıları videobağlantı vasitəsilə görüşə qoşulublar.
Sammitin əsas məqsədi Ukraynaya dəstəyin gücləndirilməsi, sülh prosesi və Rusiyaya qarşı koordinasiyalı tədbirlərin müzakirəsi olub.
Telefon bağlantısı ilə sammitə qoşulan ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan neft idxalını dayandırmağa çağırıb.
Tramp, həmçinin Avropa liderlərini Çin üzərində iqtisadi təzyiq göstərməyə səsləyib.
Sammitin yekununda Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, 26 ölkə Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu təsdiqləyib.
Beləliklə, Parisdə keçirilən sammit həm bir neçə gün əvvəl Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya Xalq Demokratik Respublikasının Sədri Kim Çen Inın güc və birlik, bərabərlik nümayişi fonunda Avropa liderlərinin də bir araya gəlməsi qitənin birlik nümayiş etdirməsi kimi, həm də hələ də qitəni özünü Ukrayna məsələsində həmrəy göstərmək istədiyi kimi göründü.