Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa ölkələri arasında “Aİ-98” (“Super”) markalı benzinin ən ucuz satıldığı ölkə Belarus olub.
Yeniavaz.com məşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Belarusda “Aİ-98” markalı benzinin 1 litrinin orta qiyməti 0,83 avro (1,60 manat) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-98” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Böyük Britaniya hesab olunur.
Bu ölkədə “Aİ-98” markalı benzinin 1 litri 2,39 avroya (4,59 manat) satılıb.
Avropa ölkələri arasında 5-ci sırada olan Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 1,19 avroya (2,30 manat) bərabərdir.
Avropada “Aİ-98” markalı benzinin Azərbaycandan ucuz olduğu 4 ölkə olub – Belarus, Rusiya, Türkiyə və Gürcüstan.
May ayında Avropa ölkələrində “Aİ-98” markalı benzinin orta qiyməti aşağıdakı kimi olub: Belarus – 0,83 avro Rusiya – 0,93 avro Türkiyə – 1,07 avro Gürcüstan – 1,09 avro Azərbaycan – 1,19 avro Şimali Makedoniya – 1,25 avro Ukrayna – 1,26 avro Andorra – 1,34 avro Çexiya – 1,41 avro Kipr – 1,42 avro Bolqarıstan – 1,44 avro Monteneqro – 1,45 avro Rumıniya – 1,47 avro Malta – 1,49 avro Polşa – 1,52 avro Moldova – 1,53 avro Bosniya və Herseqovina – 1,54 avro İsveç – 1,54 avro Ermənistan – 1,56 avro Latviya – 1,56 avro Lüksemburq – 1,57 avro Macarıstan – 1,59 avro Litva – 1,61 avro İspaniya – 1,62 avro Slovakiya – 1,62 avro Estoniya – 1,63 avro Sloveniya – 1,66 avro Serbiya – 1,70 avro Belçika – 1,71 avro Almaniya – 1,77 avro Fransa – 1,79 avro Xorvatiya – 1,84 avro Portuqaliya – 1,86 avro Finlandiya – 1,86 avro İtaliya – 1,87 avro Avstriya – 1,88 avro Norveç – 1,92 avro Yunanıstan – 1,95 avro Danimarka – 1,97 avro İsveçrə – 1,98 avro Niderland – 2,28 avro Böyük Britaniya – 2,39 avroElnur Əli Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.