Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

11.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 avqust, AZƏRTAC

Bu həftə Avropanın bir sıra yerlərində, o cümlədən Fransa, Almaniya, Niderland və Böyük Britaniyada havanın temperaturunun yenidən yüksələcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropanın meteorologiya xidmətləri məlumat yayıb.

Bildirilib ki, bəzi bölgələrdə gündüz temperaturun mövsümi orta göstəricilərdən xeyli yüksək olacağı proqnozlaşdırılır. Məsələn, Fransada bu həftə temperaturun bəzi ərazilərdə 40 dərəcəyə yaxınlaşacağı bildirilir.

Qeyd edək ki, Avropanın bir sıra ölkələri yayın əvvəlindən bəri ardıcıl olaraq isti dalğalar və rekord yüksək temperaturlarla qarşılaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью