Avropa ölkələrində icazəsiz yaşayan Gürcüstan vətəndaşları geri qaytarılır

15.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 15 oktyabr, AZƏRTAC

Son 3 ayda Avropa ölkələrində icazəsiz yaşayan 822 nəfər Gürcüstan vətəndaşı geri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin iyul-sentyabr aylarında ümumilikdə 825 readmissiya müraciəti araşdırılıb və onlardan yalnız 3-ü rədd edilib.

Ümumilikdə, bu ilin yanvar–sentyabr aylarında Avropa İttifaqı ölkələrində icazəsiz yaşayan 2 min 673 Gürcüstan vətəndaşı ölkəyə qaytarılıb. Ötən il isə 4 min 171 Gürcüstan vətəndaşı readmissiya çərçivəsində geri göndərilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью