Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

08.07.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari ilin birinci yarımili ərzində ümumilikdə 306 nəfər Azərbaycana readmissiya proseduru çərçivəsində geri qaytarılıb. Bu proses Azərbaycanın müxtəlif dövlətlərlə bağladığı və qüvvədə olan readmissiya sazişlərinə uyğun şəkildə həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, readmissiya olunan şəxslərin hamısı Avropa ölkələrindən Azərbaycana qaytarılıb.
Geri qəbul prosesi beynəlxalq öhdəliklər və ikitərəfli razılaşmalar əsasında, aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı ilə təşkil edilib.
 

Readmissiya mexanizmi qanunsuz miqrasiyanın tənzimlənməsi və miqrasiya sahəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə geri qaytarılan şəxslərin ölkəyə qəbulu və müvafiq prosedurların icrası qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunur.


Qeyd edək ki, Azərbaycan bir sıra Avropa dövlətləri ilə readmissiya sazişləri imzalayıb və bu sənədlər əsasında tərəflər öz ərazilərində qanunsuz yaşayan şəxslərin geri qəbulunu qarşılıqlı şəkildə həyata keçirirlər.
Bu mexanizm miqrasiya proseslərinin daha səmərəli idarə olunmasına və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью