Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan Avstriya və Almaniyaya təbii qaz ixracın
Bununla da Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb. Avropa ölkələrinin Azərbaycandan qaz almağa başlamasının səbəbi nədir?
Qeyd edək ki, 2025-ci ildə SOCAR-la Almaniyanın "Securing Energy for Europe" (SEFE) dövlət enerji şirkəti arasında təbii qazın alışı üzrə 10 illik müqavilə imzalanıb.
Sənədə əsasən, illik tədarük həcmi mərhələli şəkildə artırılaraq təxminən 1.5 milyard kubmetrə çatdırılacaq.
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Almaniya və Avstriyanın Azərbaycandan qaz idxalına başlaması ilk növbədə bu ölkələrin yeni mənbələrdən enerji əldə etmək tələbatının yaranması ilə bağlıdır: "Ötən ilin dekabrında Avropa Komissiyası yaxın iki il ərzində Rusiya qazından tamamilə imtina etmək haqqında qərar çıxardı.
Bu ölkələrə öz qaz təminatlarını möhkəmləndirmək üçün digər mənbələrdən alternativ imkanlar lazımdır.
Bu baxımdan, bu iki ölkənin məhz Azərbaycan üzərində fokuslanması heç də təsadüfi deyil".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.