Avropa ölkələrinin İrana qarşı əlavə sanksiyaları əsassız və qanunsuzdur İran XİN rəhbəri …
Icma.az bildirir, Moderator.az portalına istinadən. "Araqçı İsrailin Qəzza və Livanda döyüş əməliyyatlarının dayandırılması üçün Qərb tərəfd
Moderator.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Abbas Araqçı özünün fransız həmkarı Jan-Noel Barro ilə telefon söhbəti zamanı bəya
Məlumatı "Mehr" informasiya agentliyi yayıb. Məlumatda deyilir ki, Araqçı və Barro nüvə danışıqları ilə bağlı son hadisələri müzakirə edib.
Araqçı Almaniya, Fransa və Böyük Britaniyanın MAQATE-nin İdarəetmə Şurasının iclasında İranın məzəmmət edilməsi barədə qətnamənin təqdim edilməsi qərarını qətiyyətlə pisləyib və bəyan edib ki, belə addım "İran və MAQATE arasında yaranmış nikbin atmosferə ziddir və problemi daha da mürəkkəbləşdirəcək".
Regional məsələlərə toxunan iranlı diplomat diqqətini İsrail rejiminin Livana qarşı davam edən təcavüzü və Qəzzada arası kəsilməyən zorakılığa yönəldib.
O, İsrailin Qərb tərəfdarlarının bu faciələri əbədiləşdirmək niyyətlərinə görə məsuliyyətini vurğulayıb və bütün maraqlı tərəflərə İsrail hökumətinin Livan və Qəzzada döyüş əməliyyatlarının dayandırılmasına vadar etmək üçün təcili tədbirlər görülməsinə çağırış edib.
Xatırladaq ki, bazar ertəsi, noyabrın 18-də Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə, habelə Yaxın Şərqdə və Qırmızı dəniz regionunda silahlı qruplaşmalar və qurumlara dəstək verilməsi ilə əlaqədar olaraq İrana qarşı sanksiyaların genişləndirilməsi barədə elan edib.
Ötən həftə İran MAQATE-nin baş direktoru Rafael Qrossi və onun komandasının İranın iki əsas nüvə obyekti olan Fordo və Natanz obyektlərini ziyarət etməyə icazə verib.
Tam oxu
Xəbəri oxu