Avropa ölkələrinin liderləri Ukraynaya çox ciddi dəstək verəcəklər və müharibə davam edəcək

05.03.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniya israr edir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-la münasibətləri bərpa etmək üçün mümkün olan hər şeyi etməlidir. “The Times” nəşrinin məlumatına görə, Britaniya hökumətinin yüksək vəzifəli mənbəsi nəşrə bildirib ki, Volodimir Zelenski danışıqlar masasına qayıtmaq üçün “oyunu oynamalı” və ABŞ prezidenti Trampa hörmət göstərməlidir. Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, Zelenskinin bunu etməyə hazır olub-olmadığı hələ də bəlli deyil. Volodimir Zelenski daha əvvəl münaqişənin sona çatacağına inandığını və ABŞ-la minerallar sazişi imzalamağa hazır olduğunu bildirmişdi. Nəşrin yazdığına görə, Ukrayna prezidentinin bunun üçün Vaşinqtona getməsi gözlənilsə də, Zelenski hökumətinin bu həftə müqavilə imzalayacağı gözlənilir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "Ağ Ev"də Volodimir Zelenski ilə Donald Tramp və onun komandasının görüşünü ABŞ diplomatiyası üçün "utancverici" kimi xarakterizə etmək olar: “Bir savaş aparan, müharibə aparan Amerikanın ənənəvi strateji rəqibinə, həmçinin ortaq düşməninə qarşı savaş aparan bir dövlətin başçısına qarşı psixoloji təzyiq və diplomatik etiket qaydalarının kobud surətdə pozulması, əlbəttə ki, bu, Amerika xarici siyasətinin fiaskosudur”.

Oqtay Qasımov

Məhəmməd Əsədullazadə hesab edir ki, konkret olaraq ABŞ prezidenti bir növ Vladimir Putinin vəkili kimi iştirak etdi və onun bütün sözləri Putinin sözləri idi.

“Prezidentin aşağılayıcı hərəkətlərini bir növ Putinin hərəkətləri kimi xarakterizə etmək olar. Zelenski elə bil “Ağ Ev”də deyildi, elə bil Kremldə idi. Rusiyanın rəsmiləri tərəfindən ciddi şəkildə basqılara məruz qalırdı. Tramp çalışırdı ki, Ukrayna prezidenti kapitulyasiyaya imza atsın, atəşkəsə getsin. Ukrayna prezidenti qəti surətdə buna gedə bilməz. Başda Böyük Britaniya olmaqla, Avropa ölkələrinin liderləri Ukraynaya çox ciddi şəkildə dəstək verəcəklər”-deyən politoloqun fikrincə, Avropa da çalışacaq ki, “Ağ Ev” Tramp administrasiyasının münasibətlərini Kievlə yaxşılaşdırsın və proseslər bu istiqamətdə gedəcək.

“Bir müddət müharibə davam edəcək. Atəşkəsin əldə olunması hələ gözlənilmir. Avropa liderləri Ukraynaya kifayət qədər dəstək verəcəklər, müharibə davam edəcək. Zelenski də çalışacaq ki, “Ağ Ev”lə münasibətləri normallaşdırsın, mineral ehtiyatlarla bağlı saziş də hazırdır. Böyük Britaniya çalışacaq ki, hər iki dövlət barışdırsın. Amma Trampın hazırkı mövqeyi Rusiya mövqeyi ilə ortaq görünür”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью