Avropa ölkəsi LGBTİ yə qarşı qərar verdi: Üz tanıma sistemi...

15.04.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ölkəsi Macarıstanda LGBTİ+ tədbirləri və qürur yürüşləri qadağan edilib.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, Baş nazir Viktor Orban və onun sağ populist partiyası Fidesz tərəfindən dəstəklənən qanun layihəsi qəbul edilib.

Yeni qanun bu tədbirlərdə iştirak edənləri müəyyən etmək və cəzalandırmaq üçün üz tanıma sistemlərindən istifadə etməyə imkan verəcək.

Orban hökuməti yalnız iki cinsi tanıyır və digər cinsi kimlikləri qanuni olaraq rədd edir. Bu qanunun uşaqların fiziki, əqli və əxlaqi inkişafını qorumaq üçün qəbul edildiyi bildirilir.

Qanun layihəsinə insan hüquqları təşkilatları və müxalifət nümayəndələri arasında qarşı çıxanlar olub.

Viktor Orbanın bu siyasəti rusiyalı həmkarı Vladimir Putinin LGBTİ+ ilə bağlı qərarlarına bənzədilib və tənqid edilib.

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью