Avropa ölkəsi siçanlara “müharibə” elan etdi

25.03.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşanın Poznan şəhərini siçanlar basıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, Poznandakı tarixi Bazar Meydanının abadlaşdırılması üçün aparılan bərpa işləri zamanı siçan yuvaları məhv edilib və gəmiricilər bütün şəhərə yayılıb.

Polşa hakimiyyəti Poznan şəhərini zəbt etmiş siçanlarla mübarizə aparmaq üçün “müharibə”yə başlayıb. Zərərvericilərə qarşı məcburi mübarizə tədbirlərinə start verilib. Bələdiyyə xəstəxanalarda, restoranlarda və yaşayış obyektlərində siçan tələlərinin quraşdırılmasına dair göstəriş verib.

Rəsmilər gəmiricilərdən qorunmaq üçün binalardakı deşik və çatların bağlanmasını istəyib və ev sahiblərini siçanları tutmaq üçün tələ qurmağa çağırıb.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью