Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniyada elektrik enerjisi çatışmazlığı riski yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi nəlumat yayıb.
Agentliyin məlumatına görə, havanın soyuması elektrik enerjisinə tələbatı artırıb. Eyni zamanda, elektrik şəbəkəsindəki ötürücü məhdudiyyətlər və külək enerjisi istehsalının azalması mövcud ehtiyat güclərə təzyiq göstərib.
Böyük Britaniyanın Milli Enerji Sisteminin Operatoru (NESO) elektrik enerjisi ehtiyatlarının azalması ilə əlaqədar enerji istehsalçılarından istehsalı artırmağı, iri istehlakçılardan isə sərfiyyatı azaltmağı xahiş edib.
Məlumata əsasən, operatorun hesablamalarına görə, çərşənbə günü saat 14:00-dan 20:00-dək ehtiyat güc üzrə 975 meqavatlıq çatışmazlıq yarana bilərdi.
Bununla yanaşı, Britaniyada elektrik və qaz qiymətlərinin artması da əhali üçün əlavə maliyyə yükü yaradacaq. Tənzimləyici qurum Ofgem-in qərarına əsasən, 2027-ci il yanvarın 1-dən tipik ev təsərrüfatının illik enerji hesabı 26 faiz artaraq 2166 funt sterlinqə çatacaq.