Avropa ölkəsində həyacan: 75 yoluxma, 6 ölüm

27.08.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatı (EODY) Qərbi Nil virusu ilə bağlı yeni məlumatları açıqlayıb.
Demokrat.az
xəbər verir ki, avqustun 19-dan 26-dək ölkədə Qərbi Nil virusuna 75 yeni yoluxma halı aşkarlanıb.
İlin əvvəlindən ölkədə Qərbi Nil virusu səbəbindən ölənlərin sayı son bir həftədə 6 nəfər artaraq 19-a çatıb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, Yunanıstan İtaliyadan sonra Qərbi Nil virusuna ən çox yoluxma halının qeydə alındığı ölkədir.
“Kathimerini” qəzetinin yazdığına görə, Qərbi Nil virusunun Yunanıstanda bu qədər geniş yayılmasının səbəbləri arasında ölkənin coğrafi mövqeyi, ağcaqanadların ilboyu yaşamasına imkan verən iqlim şəraiti və bəzi bələdiyyələrdə ağcaqanadlarla mübarizə proqramlarının olmaması göstərilir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью