Avropa ölkəsində seçkilərin nəticəsi Putinin qələbəsi adlandırıldı

02.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Avstriyanın “NATO-nun Genişləndirilməsi üzrə Avropa Komitəsi” qeyri-hökumət təşkilatının rəhbəri Günter Felinger İliyana Yotovun Bolqarıstanda prezident seçkilərində qələbəsini Rusiya Prezidenti Vladimir Putinin uğuru kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün Putin Bolqarıstanı ələ keçirdi”, – deyə Felinger bildirib.

Qeyd edək ki, avstriyalı təşkilat rəhbəri daha əvvəl Vladimir Putinin Braziliyada keçirilən seçkilərdə də “qalib gəldiyini” iddia etmişdi.

Noyabrın 2-də Bolqarıstanın hazırkı prezidenti İliyana Yotova seçkilərdə qalib gəlib. Səslərin 99,95 faizinin hesablanmasının nəticələrinə görə, onun və vitse-prezidentliyə namizəd Kiril Vılçevin lehinə seçicilərin 57 faizindən çoxu səs verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью