Avropa Ordusu Polşaya məğlub oldu

23.05.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ümumavropa ordusu ideyası reallıqdan uzaqdır və Avropa sadəcə çevik reaksiya qüvvələri ilə kifayətlənir. 

News24.az xəbər verir ki, Polşa radiosuna müsahibəsində nazir qeyd edib ki, belə bir ordunun yaranması nə praktik, nə də siyasi baxımdan mümkün görünmür.

Məsələ ilə bağlı Rusiya Maliyyə Universitetinin dosenti Dmitri Yejov da fikirlərini bölüşüb. Onun sözlərinə görə, Avropa liderləri uzun müddətdir nəticəsiz müzakirələr aparırlar. “Ümumavropa ordusu ideyası hərbiləşmə riskini artırır və əslində mənasız layihədir”, – deyə o qeyd edib.

Əlavə olaraq, siyasi şərhçi Anatoli Baranov xatırladır ki, Avropada səlib yürüşlərindən bəri vahid ordu olmayıb və mövcud geosiyasi parçalanmalar belə bir strukturun yaranmasını mümkünsüz edir.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью