Icma.az, Azpost portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rüttenin son açıqlamaları Fransada narazılıqla qarşılanıb. AzPost xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Xatırladaq ki, Mark Rütte daha əvvəl verdiyi açıqlamada ABŞ və xüsusilə Donald Trampın liderliyi olmadan Avropanın heç bir təhlükə ilə müstəqil şəkildə mübarizə apara bilməyəcəyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Vaşinqtonun dəstəyi olmadan öz təhlükəsizliyini təmin etmək gücündə deyil.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bu fikirlərə kəskin reaksiya verib. O, Avropanın təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməli olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Avropa ölkələri həm siyasi, həm də hərbi baxımdan özlərini qorumaq imkanına malikdirlər. Barro qeyd edib ki, avropalılar kollektiv şəkildə hərəkət etdikdə təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul edə bilərlər.
Fransa XİN rəhbəri bildirib ki, Avropanın strateji müstəqilliyi qitənin uzunmüddətli sabitliyi üçün vacibdir. Onun fikrincə, təhlükəsizlik məsələlərində yalnız xarici tərəfdaşlara arxalanmaq düzgün yanaşma deyil.
Paris hesab edir ki, Avropa İttifaqı müdafiə sahəsində öz imkanlarını gücləndirməli və qlobal təhlükəsizlik arxitekturasında daha fəal rol oynamalıdır.
Paylaş