Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalılar üçün giriş qadağasının tətbiqi məsələsində Avropa Birliyi (AB) siyasi baxımdan parçalanıb.
Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmerman deyib.
Bildirilib ki, Fransa, İtaliya və İspaniya giriş qaydalarının sərtləşdirilməsinə skeptik yanaşır, Skandinaviya və Baltikyanı ölkələr isə AB-nin daha sərt qərar qəbul etməsində israr edir. Almaniya da Rusiya vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq etməyib.
Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırladığını açıqlamışdı.