Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edəcək

28.11.2024

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.


Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək.
Missiya.Az 
xəbər verir ki, bu barədə “Birlik-Milli Hərəkat” müxalifət koalisiyasının lideri Tina Bokuçava bildirib.

Onun sözlərinə görə, qətnamədə Gürcüstanda təkrar parlament seçkilərinin keçirilməsinin vacibliyi vurğulanacaq. Bokuçava qətnamədə, həmçinin Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması çağırışının yer alacağını qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью