Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

09.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 9 iyul, AZƏRTAC

Avropa Parlamenti iyulun 9-da Gürcüstanla bağlı sərt məzmunlu qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avropa parlamentinin 490 deputatı qətnamənin lehinə, 147 deputatı isə əleyhinə səs verib.

Qətnamədə ölkədəki demokratik geriləmə, siyasi təzyiqlər və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqlar əksini tapıb.

Sənəddə Avropa Parlamenti gürcü xalqına həmrəyliyini bir daha ifadə edir və onların Avropa və Avro-Atlantik inteqrasiya arzularına sarsılmaz dəstəyini bildirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilis

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью