Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsi cümə axşamı genişləndirilmiş iclasında "Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirələr keçirib.
İclasda Saxarov Düşüncə Mükafatının finalçısı Qubad İbadoğlunun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər.
Natiqlər Azərbaycanda siyasi təqiblərin, qanunsuz həbslərin və insan haqları pozuntularının geniş yayılması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Onlar Avropa Parlamentinin üzvlərinin bu mövzu ilə bağlı suallarını cavablandırıblar.
Qubad İbadoğlunun qızı Jalə Bayramova siyasi həbslərin artdığını vurğulayaraq öz ailəsinin həm ölkə daxilində, həm də transmilli səviyyədə baş verən qanunsuzluqların qurbanı olduğunu bildirib.
O, Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin kritik olduğunu və təcili ürək cərrahiyyəsinə ehtiyac duyduğunu qeyd edib.
Bayramova Azərbaycan hökumətini atasının ölkədən çıxışına qoyulan qadağanın dərhal ləğv etməyə çağırıb.