Avropa Parlamentinin deputatları Tbilisiyə gedir

11.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Avropa Parlamentinin üzvü Rasa Jukneviçiene həmkarları ilə birgə Tbilisiyə yola düşüb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, səfərin məqsədi Avropa gələcəyi uğruda mübarizə aparan gürcülərə həmrəylik nümayiş etdirməkdir.

R.Jukneviçiene qeyd edib ki, səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, müxalifət partiyaları, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərlə görüşlər planlaşdırlıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью