Avropa Parlamentinin Komitəsi Gürcüstanı müzakirə edəcək

03.06.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Bu gün Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin (DROI) növbədənkənar iclasında Gürcüstan məsələsi müzakirə olunacaq.

Avropa Parlamentinin veb saytında yerləşdirilmiş məlumatda deyilir:

"İclasın gündəliyində əsas məsələ Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsinin üzvlərinin Gürcüstana səfəri ilə bağlı hesabat və Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə fikir mübadiləsi aparılmasıdır".

Xatırladaq ki, Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin üzvləri 26–28 may tarixlərində Gürcüstanda olublar.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью