Avropa Parlamentinin prezidenti Azərbaycanı alqışladı SƏBƏB

07.10.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Parlamentinin prezidenti Roberta Metsola Qubad İbadoğlunun Azərbaycandan Almaniyaya getməsinə və azadlığa buraxılmasına münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, Metsola Strasburqda Avropa Parlamentinin plenar sessiyasının açılışında çıxış edərkən bu barədə danışıb.
O, çıxışında hökumətin bu addımını alqışladığını deyərək, ona qarşı irəli sürülmüş bütün ittihamların dayandırılmasına da çağırıb.

Avropa Parlamentinin prezidenti Qubad İbadoğlunun azadlığa çıxmasına kömək edən hər kəsə, xüsusilə Almaniya hökumətinə təşəkkür edib. O qeyd edib ki, Almaniyanın səyləri İbadoğlunun azadlığa çıxmasına, ailəsi ilə birləşməsinə və zəruri tibbi yardım almasına şərait yaradıb.

Firuzə Mahmudova
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью