Avropa Parlamentinin qəbul etdiyi sənədin heç bir hüquqi qüvvəsi yoxdur və ölkəmiz üçün ka…
Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Parlamenti dekabrın 19-da Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.
Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatının siyasiləşdirilməsinə cəhd göstərilir.
Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edərək bəyan edib ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var.
Ümumiyyətlə, bu qətnamə Avropa Parlamentinin ölkəmizə qarşı ilk qərəzli sənədi deyil.
Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib.
Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib.
Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib.
Tam oxu
Xəbəri oxu