Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qərb ölkələrindən ödənişin olmaması səbəbindən raketlər lazım olan vaxt Ukraynaya çatmayıb”
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin çatdırılmasını gecikdirdiyinə görə tənqid edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Novosti.Live”nin “Telegram” kanalı məlumat yayıb.
"Bilirəm ki, ballistik raketlər enerji sektorumuza qarşı uçur. Bilirəm ki, “Patriot” dayanıb. Bilirəm ki, müdafiə üçün raketlər olmadığı təqdirdə enerji olmayacaq. Mən PAC-3 raketləri ilə bağlı danışıqlar aparıram, onlar demək olar ki, elektrik kəsilməsindən bir gün sonra gəlir. Açıq şəkildə deyə bilərəm ki, bu, gecikmədir", - deyə o bildirib.
Zelenski qeyd edib ki, Avropa “Patriot” üçün Amerika raketləri alır. Ukrayna lideri vurğulayıb ki, Qərb ölkələrindən ödənişin olmaması səbəbindən raketlər lazım olan vaxt Ukraynaya çatmayıb.