Avropa Prokurorluğu hərəkətə keçdi: Layihəyə ayrılan...

09.05.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Avropa Prokurorluğu İspaniyanın ilk kvant kompüteri ilə bağlı layihəyə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırmağa başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "El Periódico"  məlumat yayıb.

Nəşr yazır ki, mayın 7-də İspaniyanın iqtisadi və vergi cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları Barselona Superkompüter Mərkəzinə gedərək, "Next Generation" fondlarından bu layihə üçün ayrılmış 8,1 milyon avronun necə istifadəsinə dair sənədləri toplayıblar. 

Bu pullar "Quantum Spain" adlı layihəyə ayrılmışdı və əsas məqsəd İspaniyada güclü kvant hesablama infrastrukturu yaratmaq idi. İstintaq, tender zamanı pozuntularla bağlı daxil olan şikayət əsasında başlayıb.Xatırladaq ki, İspaniyanın ilk kvant kompüteri bu ilin fevralında təqdim olunub.

Təqdimat zamanı rəqəmsal transformasiya naziri Oskar Lopes bildirmişdi ki, layihənin əsas məqsədi “ölkənin texnoloji müstəqilliyini artırmaq və açıq elmi inkişaf etdirməkdir”.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью