Avropa Qəzza sakinlərini qəbul etsə, məsələ həllini tapardı İsrailli nazir

12.09.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Avropadakı hər bir ölkə Qəzza sakinlərindən 20-30 min nəfəri qəbul etməyə hazır olsaydı, bütün bu məsələ həllini tapardı.

“Clash Report”un məlumatına görə, bunu İsrailin maliyyə naziri Betsalel Smotriç qatıldığı yerli podkastlardan birində bildirib.

“Avropadakı hər bir ölkə Qəzza sakinlərindən 20-30 min nəfəri qəbul etməyə hazır olsaydı, bütün bu məsələ başa çatardı. Lakin burada Avropanın riyakarlığı, əlbəttə ki, Misirin də riyakarlığı var”,- deyə o bildirib.

İsrailli nazirin sözlərinə görə, fələstinliləri kütləvi sayda qəbul etməyə hazır olan ölkə yoxdur.

“Nəticə etibarilə, nəsillər boyu İsrailə qarşı dərin antisemit nifrətlə tərbiyə edilmiş iki milyon nasist orada yaşaya bilməz”, - deyə Smotriç bildirib. /Trend 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью