Avropa Qızıl Liqası: Yığmamız tilsimi qıra biləcək?

06.06.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında bu gün II mərhələyə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi Slovakiya keçiriləcək turda ev sahibləri ilə qarşılaşacaq.

Aktivində set və xal olmayan Faiq Qarayevin yetirmələrin 3-cü oyunlarında bu tilsimi qırmağa çalışacaqlar. Rəqibin hesabında isə 1 qələbə, 1 məğlubiyyət var.

Qızıl Avropa Liqası
6 iyun, III tur
20:00. Azərbaycan – Slovakiya
Hakimlər:
Bosko Miliç (Avstriya), İqor Şimpl (Slovakiya)
Bratislava, “Sport Hall Gopass Arena”

Qeyd edək ki, millimiz sabah Monteneqro yığması ilə qarşılaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью