Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında keçirilən ilk üçtərəfli görüş beynəlxalq mediada və analitik dairələrdə Avropanın qlobal təsirinin zəifləməsinin əlaməti kimi qiymətləndirilir”.
“Cebheinfo.az” xəbər verir ki, “Politico” nəşrinin xarici əlaqələr üzrə köşə yazarı və redaktor müavini Ceymi Dettmer belə deyib.
Onun fikrincə, üç ölkə liderinin bir araya gəlməsi yeni dünya nizamında Avropanın danışıqlar masasından kənarda qaldığının simvoluna çevrilib.
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin avqustunda Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl Avropanın əsas liderləri ilə məsləhətləşmələr aparmışdı.
Lakin iki yüksək vəzifəli avropalı rəsminin sözlərinə görə, Şençjen görüşü öncəsi Avropa müttəfiqləri ilə geniş məsləhətləşmələr və ya birgə müzakirələr keçirilməyib.
Bu isə Avropanın prosesdən kənarda saxlanıldığını göstərir. Müəllif hesab edir ki, Şençjendə baş tutan görüş gələcək geosiyasi proseslərin istiqamətinə də işarə edir.
Bu vəziyyət Vaşinqtonla Avropa müttəfiqləri arasında fikir ayrılıqlarının daha da dərinləşməsinə səbəb ola bilər.
Avropanın təsir imkanlarının azalmasının digər göstəricisi kimi Trampın Berlində Ukrayna ilə bağlı keçirilən “Könüllülər koalisiyası”nın iştirakçıları ilə Birinci Hava Qüvvələri təyyarəsindən telefonla əlaqə saxlaması da qeyd olunur.
ABŞ lideri həmin danışıq zamanı Avropa ölkələrinin Kiyevə milyardlarla dollar yardım ayırmasına ciddi şübhə ilə yanaşdığını bildirib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin