Avropa qoşunları Trampın planı əsasında Ukraynaya yerləşdirilə bilər NYP

22.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planında Kiyevin nəzarətində olan ərazilərdə Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı bənd ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "New York Post" (NYP) məlumat yayıb.

"Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları möhkəmlik qüvvələri adlandırırıq. Dayanıqlılıq qüvvəsi ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və biz ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər", - deyə nəşrin mənbəsi bildirib.

"Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı “birgə komissiya” yaradılması məsələsi də nəzərdən keçirilir", - deyə "NYP" iddia edir.

İddialara görə, ABŞ da bu prosesdə iştirak edə bilər, lakin "yerdəki hərbi güc kimi deyil, üçüncü ölkə ilə birlikdə maliyyə gücü kimi". Üstəlik, qəzet yazır ki, Ukrayna hakimiyyəti böyük ehtimalla "əgər bu, ərazilərin de-yure deyil, de-fakto tanınması hesab edilərsə, öz ərazilərinin 20%-dən" imtina edəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında və istənilən vəzifədə olması Rusiya üçün təhlükədir; Moskva heç bir halda bunu qəbul etməyəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью