Avropa quduzluq xəstəliyinə yoluxub Video

01.12.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru, Kremlin təbliğatçısı Marqarita Simonyan Avropanın quduzluq xəstəliyinə tutulduğunu bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə “Vladimir Solovyovla bazar axşamı” verilişində deyib.

Simonyan bildirib ki, tarix müasir Avropa ölkələrinin gücünün nəyə əsaslandığını göstərir:

“Piratçılıq və digər ölkələrin əhalisini məhv etmək yolu ilə böyüklüyə nail olan Böyük Britaniya buna nümunədir. Hazırda Avropada baş verənlər onu quduzluq xəstəliyinə tutulmuş kimi göstərir. Quduzluq müasir dünyada 100% ölümcül nəticəyə malik yeganə xəstəlikdir. Avropada baş verənlərin simptomları bu xəstəliyi çox xatırladır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью