Avropa "Azad İran"a nəhəng dəstək: 250 min insan...

14.02.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Münhendə azad İranı dəstəkləyən nümayiş son illərin ən böyük nümayişlərindən biri olub.

Bakupost.az xəbər verir ki, bunu politoloq Dadaş Əhmədli qeyd edib.

O bildirib ki, şəhər hakimiyyətinin yaydığı məlumatda tədbirə, təxminən 250 000 nəfər iştirakçının qatıldığı deyilib.

"Nümayişçilər Tehranda rejim dəyişikliyini tələb edib və ölkə daxilində etirazlara dəstək ifadə ediblər. ABŞ senatoru Lindsi Qraham mitinqdə çıxış edib. O, ayətullahların getməli olduğunu bildirib və əlavə edib ki, "azadlıq günü yaxındır".

Asena,

BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью