Avropa quraqlıq və daşqınlar səbəbindən 43 milyard avro itirib

15.09.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Avropa ölkələri istilər, quraqlıq və daşqınlar səbəbindən milyardlarla avro itirib.

AZƏRTAC xəbər verir ki, pis hava şəraitinin Avropa iqtisadiyyatına vurduğu fəsadlar barədə “The Guardian” nəşri məlumat yayıb. Məlumata görə, bu yay sərt hava şəraitinin səbəb olduğu iqtisadi itkilər 43 milyard avronu keçib. Bir sıra ekspertlər 2029-cu ilədək bu rəqəmin 126 milyard avroya çatacağını proqnozlaşdırırlar.

Pis hava şəraitindən ən çox Kipr, Yunanıstan, Malta və Bolqarıstan zərər çəkib - onlar ÜDM-in təxminən bir faizini itiriblər. Digər Aralıq dənizi ölkələri, o cümlədən İspaniya, İtaliya və Portuqaliya quraqlıq və daşqınlardan daha az təsirlənib.

İqlim dəyişikliyi səbəbindən İspaniya və Portuqaliyada həddindən artıq istilərin başvermə ehtimalı 40 dəfə, Yunanıstan və Türkiyədə isə 10 dəfə artıb. Mütəxəssislərin hesablamalarına əsasən, iyunda isti hava dalğası səbəbindən 12 böyük şəhərdə ölənlərin sayı artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью