Avropa rəhbərliyinin avtomobil sənayesini dirçəltmək planı | Icma.az
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin avtomobillərinin Avropa bazarına “ekspansiyası” köhnə qitədə siyasətçiləri düşündürməyə başlayıb.
Təbii ki, avtomobil istehsalçılarının təqyiqi də burada müəyyən rol oynayıb.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyası bir neçə plan üzərində işləyir.
Başlıca məsələ elektromobil sahəsindəki geriləməni aRADan qaldırmaqdır.
Bunun üçün komissiyanın birinci planı sənayedə səmərəliliyin artırılmasıdır.
Başqa sözlə, daha çevik və təmiz istehsal üçün müəssisələrə yardım edilməsidir. İkinci plan isə, elektromobilə süni tələbat yaratmaqdır.
Bunun da əhalidən daha çox, firmalara faydası olacaq. Avropada təzə avtomobillərin 60 faizini müəssisə və təşkilatlar alır.
Tam oxu
Xəbəri oxu