Avropa reytinqinin liderləri Azərbaycan cüdoçuları

06.08.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı cüdoçulardan üçü Avropa Cüdo İttifaqının (EJU) reytinqində lider mövqedə yer alıblar.

İdman.biz xəbər verir ki, qitə reytinqində birinci pillədə Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qərarlaşıblar.

Dünya reytinqində isə ilk iki cüdoçu ikinci, Olimpiya çempionu Kotsoyev isə dördüncü yerdədir.

Qeyd edək ki, adıçəkilən cüdoçular Budapeştdə keçirilən dünya çempionatında fərqləniblər. Tçkayev və Hacıyev bürünc, Kotsoyev isə gümüş medal qazanıblar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью