Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya kansleri Fridrix Merts Avropanın Rusiya ilə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Merts yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və ABŞ-nin iştirakı ilə müşavirlər səviyyəsində sülh danışıqlarının yenidən başlamalı olduğunu bildirib.
“Əlbəttə, Avropa Rusiya ilə danışıqlar aparmağa hazırdır. Yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə müşavirlər səviyyəsində sülh danışıqları yenidən keçirilməlidir. Məsələn, bu görüşlər yenidən Əbu-Dabidə təşkil oluna bilər.
Ümid edirik ki, Rusiya tərəfi də ABŞ ilə razılaşdırılmış bu danışıqlarda iştirak etməyə hazır olacaq”, – kansler qeyd edib.
Bizim.Media