Avropa Rusiya ilə əlaqələrin bərpasını müzakirə etməyə başladı

01.04.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Avropa ölkələri Rusiya lideri Vladimir Putinlə əlaqələrin bərpası imkanını müzakirə etməyə başlayıblar.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Londonda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müzakirə ötən həftə Parisdə keçirilən Ukrayna sammitində başlayıb.

"Biz razılaşdıq ki, hansısa məqamda əlaqə olacaq, lakin bunu razılaşdırmaq lazımdır. Mən hələ konkret tarix deyə bilmərəm. Baxarıq, bunu necə koordinasiya etmək mümkün olacaq və bu əlaqəni kim həyata keçirəcək", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью