Avropa Rusiyadan narahatdır Daha bir ölkə hərəkətə keçdi

20.02.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Danimarkanın baş naziri Mette Frederiksen artan Rusiya təhlükəsi səbəbindən müdafiə xərclərini 7 milyard dollar artırmağı planlaşdırır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkəsinin döyüş qabiliyyətini artırmaq üçün 2 il ərzində 7 milyard dollarlıq bir fond yaradacaqlarını qeyd edən Frederiksen açıqlamasında qeyd edib:

"Yenidən silahlanan və bəlkə də başqalarına hücum etməyə hazırlaşan bir Rusiya ilə qarşı-qarşıyayıq. Son illərin ən təhlükəli vəziyyətdəyik".

Hərbi müdafiəyə üstünlük verilməsi lazım olduğunu bildirən Frederiksen "Hazırda vacib olan tək bir şey var, o da sürət. Çünki həqiqət budur ki, biz digər ölkələrin gerisindəyik" - deyə o bildirib.

Qeyd edək ki, Danimarkada müdafiə büdcəsindəki 7 milyard dollar artımla, milli müdafiə sazişi çərçivəsində 2033-cü ilə qədər toplanılması planlaşdırılan təxminən 28 milyard dollarlıq fond tamamlanacaq.

Mikayıl


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью