Avropa ruslara viza verməkdən imtina etdi KONKRET

07.07.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Slovakiyanın Rusiyadakı viza mərkəzləri iyul və avqust aylarında Şengen vizalarının verilməsi üçün müraciətləri qəbul etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “BLS International” viza mərkəzi Slovakiya səfirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu müddətdə yalnız idman məqsədilə Şengen vizası üçün sənəd qəbulu həyata keçiriləcək. Eyni zamanda, təhsil, ailə birləşməsi və xüsusi iş məqsədilə milli vizalar üçün müraciətlərin qəbulu davam etdiriləcək.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına əsasən, Slovakiya vizalarına tələbat hazırda yüksək deyil. Assosiasiyadan bildirilib ki, Slovakiya tarixən rusiyalı turistlər üçün ən çox üstünlük verilən ölkə olmayıb və viza məsələsində loyal dövlətlər sırasında yer almayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью