Icma.az, Reyting.az portalına istinadən məlumat verir. Polşa çərşənbə axşamı səhər erkən saatlarında Rusiyanın Ukraynanın qərbinə raket hücu
Reyting.az xəbər verir ki, bu barədə NATO müttəfiqi olan Polşa Əməliyyat Komandanlığı məlumat yayıb.“Daily Mail” nəşri yazır ki, Varşavadakı
Çünki Rusiya təyyarələrinin Polşa sərhədinə yaxınlaşa biləcəyi ilə bağlı narahatlıqlar olub.
Polşa mətbuatının və “ABC News”-un məlumatına görə, Polşa Əməliyyat Komandanlığı çərşənbə axşamı səhər yaydığı bəyanatda “bütün mövcud qüvvə və resursları səfərbər etdiyini, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərinin həyəcan vəziyyətinə gətirildiyini” elan edib.“Görülən tədbirlər təhlükə altında olan ərazilərlə həmsərhəd rayonların təhlükəsizliyinin təmin edilməsinə yönəlib”, - deyə məlumatda bildirilir.Komandanlıq təxminən dörd saatdan sonra qüvvələrin həyəcan vəziyyətindən çıxarıldığını və “Polşa Respublikasının hava məkanının artıq pozulmadığını” qeyd edib.
Xatırladaq ki, çərşənbə axşamı səhər tezdən Ukraynanın bütün qərbində və ölkənin böyük hissəsində hava hücumu xəbərdarlığı edilib.Polşa hərbçiləri həmçinin bildiriblər ki, Ukrayna ərazisindəki vəziyyəti daim izləməyə davam edirlər və Polşa hava məkanının təhlükəsizliyini təmin etməyə hazırdır.ELÇİN Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.