Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Siyasi Birliyinin IX Sammitinin iştirakçıları Ukraynaya dəyişməz dəstəyi təsdiqləyib, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Ukraynaya dəyişməz dəstəyimizi və onunla həmrəyliyimizi təsdiqlədik", – o, Ukraynanın mülki əhalisinə və kritik infrastrukturuna qarşı Rusiyanın artan hücumlarını pisləyərək qeyd edib.
Martinin sözlərinə görə, müzakirələrin digər əsas nəticələrindən biri də demokratik proseslərə qarşı yönələnlər də daxil olmaqla, hibrid təhdidlərin qarşısının alınmasında daha sıx əməkdaşlığa çağırış olub.
O, həmçinin texnoloji inkişaf hesabına Avropanın innovasiya potensialının və rəqabət qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.