“Avropa strateji cəhətdən səhv edir” FOTO

27.11.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron 26 noyabrda Brüsseldə keçirilən sammitdə Avropa İttifaqının gələcək büdcəsinə təklif olunan kəsintilərlə "strateji səhv" edir, deyə xəbərdarlıq edib:"Düşünürəm ki, Avropa strateji cəhətdən səhv edir. Daha çox investisiya qoymalıyıq; Avropanın daha böyük büdcəyə ehtiyacı var. Çin və ABŞ-la müqayisədə Avropa dövlət investisiyalarının azaldığını qəbul edirik”.

Emmanuel Makron 26 noyabrda Aİ üzv dövlətlərinin liderlərinin büdcə ilə bağlı razılığa gələ bilmədiyini təsdiqləyib. Lakin Avropa Şurasının prezidenti António Kostanın Aİ-nin 2028-2034-cü illər üçün büdcə layihəsini azaltmaq təklifi Fransa prezidentini məyus edib.

Büdcə danışıqlarında Fransanın məqsədinin ənənəvi siyasət sahələri üçün maliyyələşdirməni qorumaq olduğunu söyləyən Makron bildirib. "Biz adi prioritetlərimizi maliyyələşdirməyə davam edəcəyik: kənd təsərrüfatı, həmrəylik siyasəti, balıqçılıq və periferik bölgələrə dəstək. Biz suverenliyimizə, xüsusən də qabaqcıl texnologiyalara və müdafiəyə investisiya qoymağa davam edəcəyik və büdcəyə milli töhfələri də sabitləşdirməliyik”.

Bundan əvvəl Macarıstanın Baş naziri Peter Magyar 26 noyabrda Brüsseldə keçirilən sammitdə Aİ liderlərinin yeddi illik Aİ büdcəsi və Ukraynaya dəstək barədə razılığa gəlmək şanslarını tənqid etmişdi.

İlham

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью