Avropa Şurası əhali arasında sorğu keçirəcək

07.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 12-də Avropa Şurası (AŞ) demokratiyaya etimadın bərpası üçün hansı dəyişikliklərin zəruri olduğunu müəyyənləşdirmək məqsədilə 46 üzv dövlətdə vətəndaşlar arasında açıq sorğu keçirəcək. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berset məlumat yayıb.

Alen Berset Avropa üçün yeni Demokratik Pakt hazırladığını bildirib:

“Təşəbbüsün əsas məqsədi demokratik institutları daxili və xarici təhdidlərdən qorumaq, eləcə də hökumətlərə ictimai etimad böhranının aradan qaldırılmasına töhfə verməkdir”.

Berset qeyd edib ki, Avropanın belə bir pakta ehtiyacı var və artıq yalnız bəyanatlarla kifayətlənmək olmaz.

Onun sözlərinə görə, real və konkret addımlar atılmalıdır:

“Dünyada proseslər sürətlə dəyişir və seçkilər arasında mühüm hadisələr baş verə bilər. Bu isə seçicilərin siyasətin onların həyatına real fayda gətirib-gətirməyəcəyinə dair şübhələrinin artmasına səbəb olur”.

Baş katib bildirib ki, hazırda demokratiyaya sadiqliyi bir daha təsdiqləmək və süni intellekt, xarici müdaxilə kimi yeni təhdidlərə uyğunlaşmaq zəruridir.

“Bu uyğunlaşma konkret addımlar, o cümlədən təhsil, innovasiya, eləcə də daxili və xarici təhdidlərə qarşı effektiv tədbirlərin görülməsini tələb edir”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью