Avropa təhlükəsizliyi Türkiyəsiz düşünülə bilməz

11.04.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropa-Atlantik təhlükəsizliyin bünövrəsi olan NATO Türkiyənin xarici siyasətinin və ölkəmizin təhlükəsizliyinin əsas bloklarından biridir".
Missiya.Az 
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində çıxış edən zaman deyib.

"NATO-nun gələcəyi və Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin gündəmdə olduğu bu günlərdə bir daha aydın oldu ki, Avropa təhlükəsizliyi Türkiyəsiz düşünülə bilməz. NATO-nun ikinci ən böyük quru ordusuna komandanlıq edən Türkiyə, xüsusilə son illərdə böyük irəliləyişlər əldə etdiyi müdafiə sənayesi ilə gələcəkdə Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşımağa hazırdır", - Türkiyə Prezidenti bildirib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью