Avropa təşviş içindədir: İran Qərbdəki hədəfləri vurmağa başlasa...

02.03.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İran gələcək eskalasiya fonunda uzaqmənzilli zərbə vasitələri hesabına Avropa istiqamətində yerləşən hədəflərə təhlükə yarada bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Defence Express” nəşri məlumat dərc edib.

Söhbət ilk növbədə İran arsenalında təxminən 2000–3000 km uçuş məsafəsinə malik olduğu bildirilən ballistik raketlərdən gedir. Onların sırasında “Qədr”, “Emad”, “Xürrəmşəhr” və “Sejjil” raketləri xüsusi qeyd olunur.

Nəşrin qiymətləndirməsinə görə, məhz bu sistemlər Yaxın Şərq regionundan kənarda yerləşən hədəfləri vurmağa imkan verən məsafəyə malikdir.

Ayrıca olaraq pilotsuz uçuş aparatlarının zərbə komponenti də vurğulanır. “Şahed” tipli dronlar və onların müxtəlif modifikasiyaları döyüş yükündən asılı olaraq 2000 km-ə qədər məsafə qət edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью