Avropa Trampı belə “satın almaq” istəyir

09.11.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Donald Trampa Rusiyanın sıxılmış qazını ABŞ qazı ilə əvəz etməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, o, Avropanın Rusiyadan böyük həcmdə sıxılmış qaz aldığını söyləyib.

“Axı niyə ABŞ-dan sıxılmış qaz almayaq? Bu, daha ucuzdur və enerji daşıyıcılarımız üçün qiyməti azaldır”, – o bildirib.

Leyen həmçinin Brüssellə Vaşinqtonun ümumi dəyərlər ətrafında qarşılıqlı fəaliyyətlərinin önəmli olduğunu deyib.

Qeyd edək ki, Leyenlə Tramp arasında noyabrın 7-də telefon danışığı olub.

Hazırda AB qaz ehtiyacının 15%-ni Rusiyadan alır. 2021-ci ildə bu göstərici 45% idi.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью